Qəbələdə Musiqi Festivalının ilk konserti olub

Qəbələdə Musiqi Festivalının ilk konserti olub

Qəbələdə təşkil olunan VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert olub. Heydər Əliyev Konqres Mərkəzində keçirilən kamera konsertində F.Şopenin "Fantaziya, S.Raxmaninovun "Etüd", "Prelüd", A.Skryabinin "Poema", Niyazinin "Vətən nəğməsi", M.Maqomayevin "Odlar Yurdu" və digər dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək ki, avqustun 5-dək festival çərçivəsində Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan məşhurlar klassik musiqinin zənginliyini nümayiş etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə