Bakının mərkəzi küçələrindən biri bağlanır. SİA-nın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avqustun 1-də saat 7:00-dan etibarən paytaxtın Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinə bir günlük tam məhdudiyyət qoyulacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətdə süni sıxlıq və tıxacın yaranmaması üçün həmin gün alternativ yollara üstünlük verilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB