Ötən günlər ərzində respublikanın bəzi yerlərində yağan yağış nəticəsində çayların sululuğunda artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-130 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, iyulun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 110 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 4 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 121 kubmetrdir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr qalxıb.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 362, Salyanda 140, Bankədə 191, Novruzluda isə 75 santimetrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB