Qazınız kəsiləcək
Bu gün bəzi rayonlara qaz verilişində məhdudiyyətlər olacaq. SİA-nın xəbərinə görə, saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Qax", "Zaqatala" və "Balakən" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə