2 yaşayış məntəqəsi qazlaşdırıldı

2 yaşayış məntəqəsi qazlaşdırıldı

İyulun 28-də Göyçay rayonun Qaraxıdır və Alıkənd kəndlərinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 337 abonenti olan Qaraxıdır kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 30544 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 337 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

117 abonenti olan Alıkənd kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 12438 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, bütün abonentlər sayğac və fərdi tənzimləyici ilə təmin edilib.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri və kənd sakinləri yaşayış məntəqələrinin qazlaşdırılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə