Ramin Quluzadə vətəndaşlarla görüşəcək

Ramin Quluzadə vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 29-da saat 12:00-da Qəbələ şəhərində Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bölgələrdəki əhalini bu sahədə maraqlandıran digər məsələlərlə əlaqədar vətəndaşlarla görüşəcək.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012-598-38-18 nömrəli telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün onlardan Qəbələdə 02420 52001, Şəkidə 02424 48790, Oğuzda 02421 52899, Qaxda 02425 52980, Zaqatalada 02422 52866 və Balakəndə 02429 51700 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə