Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
TQDK-dan bildirilib ki, bu mərhələdə 2016-cı il aprelin 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olunmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və üçüncü ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən 539 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlər "Qabiliyyət imtahanına buraxılış vərəqələri"ni iyulun 27-dən etibarən çap edib götürə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB