RƏFİQƏ
Xədicənin günahları TƏHLİL

Həbsdən azad olunduqdan sonra da Xədicə İsmayıl öz "peşə"sindən əl çəkmir. Yenə ortaya düşərək erməni dəyirmanına su tökməklə məşğuldur. Görünür bu əməli ona ömrünün sonuna qədər yoldaşlıq edəcək. Hər halda "qozbeli qəbir düzəldər" deyib atalarımız. Ona görə də Xədicənun bu dünyada deyil, haqq dünyasına olan qəbir yolçuluğunda düzələcəyini ehtimal etmək olar. Amma o yolu keçənə kimi hansı "əzablara" dözməli olacağını yəqin unudub. Unudub ki, öz millətinin, dövlətinin maraqlarını ermənilərə satanı dəhşətli əzab gözləyir...

Əslndə, Xədicənin günahları yalnız bu məsələlərlə bitmir. Yəni çoxlarına bəllidir ki, Xədicə İsmayılın adı mütəmadi olaraq bir sıra xoşagəlməz məqamlarda hallandırılır. O, ölkəmizin milli maraqlarına zərbə vuran qüvvələrin əlində peşkaya, asan idarə oluna bilən alətə çevrilib və az qala hər addımında bunu sübuta yetirir. Hələ həbsindən əvvəl bu ermənipərəst ünsür Varşava şəhərində ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusu müzakirə olunub. Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa başlayanda jurnalist Xədicə İsmayıl 10-a yaxın erməni dostuna işarə edib və onlar Əhməd Şahidovun arxasında düzülərək, dal çevirməklə bir növ çıxışa etiraz ediblər. Bütün zalın gözləri qarşısında baş verən bu hadisədən özünü itirməyən Əhməd Şahidov çıxışını davam etdirib və Ermənistan hakimiyyətini ifşa edib. Təkcə bu faktın özü Xədicə İsmayılın əbədi və əzəli düşmənimiz olan ermənilərə, eləcə də Ermənistan iqtidarına sıcaq münasibət bəslədiyini deməyə əsas verir...

Xədicə İsmayıl bugünün özündə də xəyanətlərlə məşğuldur. Məsələn, o vaxtilə çalışdığı "Azadlıq" radiosunu AXCP sədri Əli Kərimlinin təbliğat ruporuna çevirmişdi. Ancaq növbəti faktlar da var ortada. Məsələn o, "Azadlıq" radiosuna gəlməzdən öncə bir neçə il jurnalistikada çalışıb, o cümlədən rəsmi dövlət qəzetində müxbir və redaktor vəzifəsində işləyib. Lakin bir müddətdən sonra jurnalist və vətəndaş kimi birdən-birə mövqeyini tam şəkildə dəyişərək əcnəbi mətbu orqanlara - "Eurasinaet.org", "Washington Times", "BBC", "Deutche Welle", "Exo", "Caspian Business News", "Voice of America" (Amerikanın Səsi) üz tutub. Daim həqiqətdən, düzgünlükdən, ədalətdən, vətənpərvərlikdən dəm vuran Xədicə İsmayılın həyat və fəaliyyətində erməni izinin olması, onun ermənilərlə dərin köklərlə bağlılığı da artıq çoxlarına sirr deyil.

Bir neçə il öncə onun nənəsinin milliyyətcə erməni olmasına dair müxtəlif mətbuat orqanlarında yazılar dərc olunmuşdu. Yəqin elə bu səbəbdəndir ki, Xədicə İsmayıl təxminən, 4-5 il əvvəl təşkil olunmuş Eurovision yarışmasında erməni müğənniyə səs göndərmişdi. Düzdür, həmin vaxt AXCP sədri Əli Kərimlinin sağ əli bunu inkar etməyə çalışsa da, nədənsə çoxları onun dediklərinə bir o qədər də inanmadı...

Xədicə İsmayıl uzun müddət Əli Kərimlinin yaratmış olduğu AXC-nin "Yurd" qanadının sifarişlərini həyata keçirib. Nəticədə o, AXC-AXCP-yə, eləcə də Elçibəyə qarşı mətbuat səhifələrində ən ağır ittihamlar səsləndirib, şər və böhtan xarakterli yazılar hazırlayıb. Ayrı-ayrı vaxtlarda müxtəlif kütləvi informasiya vasitələrində gedən məlumatlara əsasən, əslən Sabirabad rayonundan olan Xədicə İsmayıl AXCP-də Əli Kərimlinin qohumu kimi tanınıb və regionçuluq, qohumbazlıq hisslərinə qapılaraq daim onu müdafiə edib. Məhz elə bu səbəbdən də o, hələ Elçibəyin sağlığında mətbuat konfransında o zamankı AXCP sədrini regionçuluqda ittiham etməkdən belə çəkinməyib. Belə ki, Xədicə İsmayıl Elçibəyə belə bir sual vermişdi: "Fazil Qəzənfəroğlunu müdafiə etməyiniz sizin regionçuluğunuza dəlalət etmirmi?" Onu da diqqətinizə çatdıraq ki, vaxtilə "Svetlana" imzası ilə Əli Kərimlinin nəzarətində olan qəzetlərin birində Elçibəyin məlum cinsi xəstəliyə yoluxması haqqında dərc olunmuş materialın əsl müəllifi məhz Xədicə İsmayıl olub.

Xədicə İsmayıl birmənalı olaraq AXCP sədri Əli Kərimliyə bağlı adamdır və hər zaman onun tapşırığı ilə hərəkət edir. Xülasə, bütün bunlar bir daha onu təsdiqləyir ki, ölkəmizin milli maraqlarına durmadan zərbə endirməyə çalışan, hər zaman ermənilərə sıcaq münasibət bəsləyən, əlinə düşən fürsətdən istifadə edərək AXCP sədri Əli Kərimlini müdafiə edən Xədicə İsmayıl sözün əsl mənasında mətbuatın üz qarasıdır!

Bütün xəbərlər Facebook səhifəmizdə