Gəncədə bir nəfər bıçaqlanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində olan yataqxanalardan birində baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə şəhər sakini, 40 yaşlı Yaşar Rzayev xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib. Yaralı dərhal əməliyyat olunub və vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə Yaşar Rzayevi qonşusu bıçaqlayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB