Bodrumda genişmiqyaslı əməliyyat keçirilib

Bodrumda genişmiqyaslı əməliyyat keçirilib

Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən hərbçilərin Türkiyənin Bodrum şəhərində axtarışı məqsədilə qurudan, dənizdən və havadan genişmiqyaslı xüsusi əməliyyat aparılır. Hərbçilərin gizləndiyi güman edilən ərazi mühasirəyə alınıb.

Bundan başqa, Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri tərəfindən dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq prosesi çərçivəsində İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıq İdarəsi 42 jurnalistin saxlanılması haqqında qərar çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə