İki kəndə gedən avtomobil yolu təmir olunub FOTOLAR

İki kəndə gedən avtomobil yolu təmir olunub FOTOLAR

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində "Azəravtoyol" ASC tərəfindən Yardımlı rayonunda iki kəndin yolu təmir olunub. "Azəravtoyol" ASC-ninTəmir-tikinti işləri 1.1 km uzunluğunda olan Çay üzü və 2.3 km-lik Perimbel kəndlərinə gedən avtomobil yollarında aparılıb.

"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, hər iki kəndə aparan yollar 46 km uzunluğunda olan yerli əhəmiyyətli Yardımlı-Deman-Avana avtomobil yolundan ayrılır. Çay üzü kəndinə gedən yol sözügedən avtomobil yolunun 4.2-ci km-dən,Perimbel yolu isə 10-cu km-dən ayrılır.

İşlər çərçivəsində Çay üzü kəndinə gedən avtomobil yoluna 9 metr enində 9900 m2 sahəyə çınqıl əsası tökülüb, kipləşdirilib. Daha sonra sözügedən yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun 6600 m2 sahəsi 6 metr enində asfaltlanıb. Bundan başqa hər bir istiqamət üzrə 1.5 metr enində olan çiyinlər qum-çınqıl qarışığından yenidən düzəldilib. Bu işlər 3300 m2 sahəni əhatə edib.

Anoloji işlər Perimbel kəndinə gedən yolda da aparılıb. Belə ki, yolun 16100 m2 sahəsinə 7 metrenində çınqıl əsası tökülərək, kipləşdirilib və asfaltlanma işləri aparılıb. Yolun 10350 m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Hər iki istiqamət üzrə 6900 m2 sahədə 1.5 metr enində çiyinlərin yenidən düzəldilməsi işləri də aparılıb.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə