Media nümayəndələri Fəxri xiyabanda FOTOLAR

Jurnalistlər Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Media nümayəndələri Fəxri xiyabanda FOTOLAR

İyulun 22-də Milli Mətbuat Günü ilə əlaqədar bir qrup media nümayəndəsi Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra media nümayəndələri Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyub, böyük mütəfəkkirin xatirəsi anıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə