İyul ayının 22-dən 23-nə keçən gecədən etibarən Qara Qarayev prospektinin Rüstəm Rüstəmov (Neftçilər metrosu) və Bəhruz Nuriyev ("Laçın" ticarət mərkəzi) küçələri arasında yerləşən hissəsi təmir işləri ilə əlaqədar olaraq qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanır. Bu barədə SİA-ya "Azəravtoyol" ASC-nin Mətbuat katibliyindən verilən məlumatda deyilir.
Sürücülərdən bunu nəzərə alaraq öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmək tövsiyyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB