Hərbi ekspert: "Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq daha da dərinləşir" AÇIQLAMA

Hərbi ekspert: "Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq daha da dərinləşir" AÇIQLAMA

"Azərbaycanla Türkiyə hərtərəfli əməkdaşlıq edir. Hazırda iki ölkə arasındakı hərbi əməkdaşlıq daha da dərinləşir. Öncələr də NATO-nun Sülh Naminə və Fərdi Tərəfdaşlıq Proqramlarına uyğun olaraq Azərbaycanın bir bölüyü qardaş Türkiyə taborunun tərkibində Kosova və Əfqanıstanda sülhyaratma proseslərində iştirak edib". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq sülhyaratma proseslərinə öz töhfəsini verir. Hərbi ekspet bildirib ki, dövlət başçımızın Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında "Qızıl Şərq" hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə Fərmanı iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da uğurla davam etməsinə şərait yaradacaq. E.Həsənli vurğulayıb ki, 1996-cı ilin iyun ayının 10-da imzalanmış Proqrama uyğun olaraq Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq mövcuddur: "Hərbçilərimiz Türkiyə Silahlı Qüvvələri ilə birlikdə təlimlər keçir. Hərbi hava hücumundan müdafiə və hava məkanın qorunması məqsədilə Türkiyə və Azərbaycan şahinləri birgə təlimlərdə iştirak edirlər. Bu proses gələcəkdə də davam edəcək".

O vurğulayıb ki, Türkiyə Silah Qüvvələrinin şəxsi heyətinin istifadəsi üçün Azərbaycanda yer ayrılması hərbi əməkdaşlığın tərkib hissəsidir: "Bu, hərbi əməkdaşlığın tərkib hissəsidir. Azərbaycanda heç bir dövlətin hərbi hissəsi yoxdur. Azərbaycan öz müstəqilliyi və suverenliyini qoruyur. Torpaqlarımızın bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və dövlətimiz öz gücü ilə topaqlarımızı azad edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə