İrəvanda toqquşma yaralananlar var

İrəvanda toqquşma yaralananlar var

İrəvanda silahlı qrup tərəfindən ələ keçirilmiş polis bölməsində polis əməkdaşları və nümayişçilər arasında toqquşmalar başlayıb. Ərazidə atəş səsləri eşidilir. Nümayişçilər polis əməkdaşlarına daş atırlar. Toqquşmalarda bir neçə nəfər yaralanıb. Yaralananlar arasında polis əməkdaşlarının olduğu bildirilir.

Qeyd edək ki, artıq bir neçə gündür ki, silahlı qruplaşma polis bölməsini nəzarətdə saxlayır.

Ermənistan Milli Təhlükəsizlik Şurası xüsusi tədbirlər görülmədən girovların azad edilməsi ilə bağlı danışıqlar aparıldığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə