Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi Azərbaycanda dövlətin idarəolunması sahəsində inqilabi dəyişiklikləri nəzərdə tutan bir sənəddir. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Millət vəkili bildirib ki, hazırki Konstitusiyanın qəbul edilməsindən artıq 20 ildən artıq bir vaxt keçmişdir: "Bu dövr ərzində Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail olunmuş, Azərbaycan Dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Ancaq zaman keçdikcə ölkənin hər tərəfli inkişafı üçün aparılan islahatların daha da sürətlənməsinə ehtiyac yaranır. Təstiq olunmuş Referendum Aktı layihəsində dövlətin idarə olunmasının təkminləşdirilməsini, ölkədə demokratiyanın daha da inkişaf etdirilməsini nəzərdə tutulan dəyişikliklər əks olunmuşdur.
İnanıram ki, Azərbaycan xalqı Referendumda "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktına hə deyəcək, dövlətin daha da moderinləşməsi, ölkənin sürətli inkişafı üçün islahatlar aparılmasına geniş şərait yaranacaq və Azərbaycan bütün sahələrdə daha sürətli inkişafa nail olunacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB