TDƏŞ Türkiyədə dövlət çevrilişi cəhdini pislədi

TDƏŞ Türkiyədə dövlət çevrilişi cəhdini pislədi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) iyulun 15-də Türkiyədə bir qrup hərbiçinin dövlət çevrilişinə cəhd etməsini kəskin şəkildə pisləyib.

TDƏŞ-in baş katibi Ramil Həsənovun imzası ilə yayılan bəyanatda dövlət çevrilişinin qarşısının alınmasında Türkiyə xalqının göstərdiyi birlik yüksək qiymətləndirilir, şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa dilənilir, ölkədə həyat tərzinin tezliklə tam normal hala düşməsi arzu edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə