“Fətullahçı”lar işdən çıxarılır, kanallar bağlanır

TRT-nin 370 əməkdaşı istintaqa cəlb olundu
“Fətullahçı”lar işdən çıxarılır, kanallar bağlanır

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra dövlət qurumlarında başlanmış təmizləmə əməliyyatının miqyası getdikdə böyüyür. Türkiyə KİV-i xəbər verir ki, Ankara Prokurorluğu TRT-nin 370 əməkdaşı barəsində istintaq başladıb.

Onlar "paralel dövlət" adlandırılan "Fətullahçı Terror Təşkilatı" ilə əlaqəli olmaqda şübhəli sayırlır.

Türkiyənin Milli Təhsil Nazirliyi sistemində də yoxlamalar başlayıb. Nazirliyin 15 mindən çox işçisi vəzifəsindən kənarlaşdırılıb. Bu barədə nazirliyin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, mərkəz və əyalət təşkilatlarında çalışan əməkdaşların FETÖ/PYD ilə əlaqəli olub-olmaması ilə bağlı araşdırmalar başlanıb.

Türkiyənin Radio və Televiziya Yayım Qurumu ölkədə baş verən dövlət çevrlişi cəhdindən sonra bəzi kanalların və radioların bağlanması ilə bağlı qərar verib. Bağlanan kanallar ABŞ-da yaşayan Fətullah Gülənin adı ilə bağlıdır və bu kanallar qiyam zamanı Gülənin təbliğatını aparıblar.

Lisenziyası ləğv edilən televiziya və radiolar STV, Samanyolu Xəbər, Samanyolu Xəbər Radio, Can Erzincan TV, Kanal 124, Yumurcaq TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radio, Burç FM, Samanyolu Xəbər Radiosu, Radyo Mehtap, Xəbər Radio Ege, Dünya Radio, Radio Küre, Merkür TV, Esra Radio, Tuna Shopping TV, Samanyolu Xəbər Radio Anadoludur.

Bütün xəbərlər Facebook səhifəmizdə