Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalq qarşısında çıxışı zamanı Fətullah Güləni təbliğ edən KİV-lərə müraciət ünvanlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan müraciətində deyib: "Bizə yaxın və uzaq olan ölkələrin media qurumlarına səslənirəm. ABŞ-da qoşa qüllələrə edilən terror hücumu zamanı, hansı dövlətin mətbuat nümayəndəsi Ben Ladendən müsahibə aldı? Belə olasaydı o zaman ABŞ-ın reaksiyası necə olardı? Türkiyədə baş verənlərdə günahkar olan Amerikada məskunlaşan terrorçuların liderindən müsahibə alıb reportaj hazırlayan media qurumuna qarşı münasibətimiz necə olmalıdır?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB