Konfrans Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi tərəfindən təşkil olunub. Konfransı giriş sözü ilə açan BMAM-ın sədri Rufiz Qonaqov konfransın Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həmrəyliyinin gücəndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb.
SİA-nın verdiyi məlumata görə, Rufiz Qonaqov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən Formula 1 Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib. Azərbaycan Respublikasının son zamanlar həyata keçirdiyi genişmiqyaslı və fundamental islahatlardan söz açaraq qeyd edib ki, açıq hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planının təsdiqlənməsi, Elektron Hökumət portalının, "ASAN" xidmətin yaradılması, Gömrük sistemində bir pəncərə prinsipinin tətbiq olunması aparılan islahatların tərkib hissəsidir. Rufiz Qonaqov bildirib ki, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir. Rufiz Qonaqov əlavə edib ki, üç ay davam edən tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçirilir. Bundan başqa "Facebook" sosial şəbəkəsində "İnkişaf Qrupu", eləcə də, "Ağ Yol" qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və s, islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılır.
Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Həsənova çıxışında qeyd edib ki, Azərbaycanda aparılan iqtisadi və siyasi islahatlar əhalənin sosial durumunun yüksəlməsinə, dövlətimizin füclənməsinə xidmət edir: "Hər bir Azərbaycan vətəndaşı dövlət səviyyəsində aparılan iqtisadi və siyasi islahatların müsbət nəticələrini öz gündəlik həyatında hiss edir. Bu gün Azərbaycanın regionda inkişaf edən sabit, təhlükəsiz ölkə olmasının başlıca səbəbi ölkə rəhbərliyinin yürütdüyü düzgün, balanslı siyasətdir. Bu siyasət Gəncə şəhərində də dövlət qurumları tərəfindən uğurla icra edilir".
Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin KİV-lərələ iş üzrə baş məsləhətçi Kənan Məmmədov çıxış edərək bildirib ki, ölkədə aparılan iqtisadi islahatlar Gəncə şəhərindən də yan keçməyib: "Gəncə şəhər rəhbərliyi ölkədəki inkişafa daim öz töhfəsini verib. Şəhərdə aparılan quruculuq-abadlıq işləri ümumi inkişafın bariz nümunəsidir. Bu tərəqqi, müsbət dəyişikliklər əhalinin gündəlik güzəranında da hiss olunur. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda daha sürətli iqtisadi-sosial inkişafın şahidi olacağıq. Vətəndaş cəmiyyəti bu inkişaf prosesində daim dövlətin yanında duracaq".
Gənclər üzrə Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə çıxışında bildirib ki, Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib: "Mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulub. Əminliklə deyə bilərik ki, Ulu öndərin davamlı milli inkişafa təminat yaradan ideyaları dövlətimizin və xalqımızın gələcək uğurlarına parlaq işıq salır. Azərbaycan hazırda dünyada özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir. Bu gün Azərbaycan xalqı ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək gələcəyə böyük ümidlə baxır.".
MDB Parlamentlərarası Assambleyasının eksperti Əsədov Muxtar Seyfullayeviç Azərbaycanda iqtisadi islahatlar və vətəndaş cəmiyyətinin buna münasibəti haqda danışıb. Onun sözlərinə görə, bu gün ölkədə əldə olunan uğurlar, inkişaf aparılan istisadi islahatların nəticəsidir: "Bu gün Azərbaycanda irimiqyaslı iqtisadi layihələr həyata keçirilir. Bu layihələr ölkəmizin dünyadakı siyasi mövqeyini daha da gücləndirir. İri neft-qaz layihələrinə müəlliflik edən Azərbaycan Avropanın çox ciddi tərəfdaşlarından birinə çevrilib. Sözsüz ki, bu, gələcəkdə Azərbaycanın daha böyük layihələrə sahiblik etməsinə stimul yaradır".
"Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət" mövzusunda keçirilən konfransa Fəxri Yusibov və Ziyafət Byramova mövzu ətrafında müzakirələrdə aktivlik nümayiş etdiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB