Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti rayonlarda hava şəraitinin isti keçəcəyi barədə əhaliyə xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 18-dən 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-38 dərəcə olacağı, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.
İyulun 23-dək Azərbaycanın rayonlarında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə, bəzi yerlərdə isə 43 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB