100 yaşlı ağbirçək şəxsiyyət vəsiqəsi aldı

100 yaşlı ağbirçək şəxsiyyət vəsiqəsi aldı

İyulun 16-da Cəlilabad sakini, 100 yaşlı İbadət Quliyevaya şəxsiyyət vəsiqəsi təqdim olunub. Cəlilabad şəhərinin Səttərxan küçəsində, ağbirçəyin yaşadığı evdə keçirilən mərasimdə Cəlilabad Rayon Polis Şöbəsinin pasport və qeydiyyat bölməsinin əməkdaşları, İbadət nənənin övladları, nəvə-nəticələri, yaxınları iştirak ediblər.

36 nəvə, 60 nəticə sahibi olan İbadət nənənin ən böyük nəvəsi 57 yaşında, ən kiçik nəticəsi isə üç aylıqdır.

Həyatından razılıq edən 100 yaşlı ağbirçək gənc ailələrə bir-birinə qarşılıqlı hörmət bəsləməyi, hər işdə səbirli olmağı tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə