Türkiyənin Balıkəsir vilayətində yerləşən Hərbi-Hava Qüvvələri bazasının komandiri, general-leytenant İshaq Dayıoğlu saxlanılıb. Anadolu Agentliyi xəbər verir ki, o, dövlət çevrilişinə cəhddə ittiham olunaraq polis bölməsinə gətirilib.


Təhlükəsizlik qüvvələri Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altanı da həbs ediblər. Polis onun evində axtarış aparıb.
Həmçinin qiyamda iştirakda təqsirləndirilən 3-cü korpus komandiri, general-polkovnik Erdal Öztürk də saxlanılıb.
Qeyd edək ki, Türkiyənin dövlət çevrilişinə cəhddə təqsirləndirilən 2-ci ordunun komandiri, ordu generalı Adəm Huduti və Qərargah rəisi, Malatya qarnizonunun komandiri, general-leytenant Avni Anqun da həbs ediliblər.

Əməliyyat zamanı A.Huduti və A.Anqun ilə yanaşı, 2-ci orduda ikisi general-mayor, dördü əsgər olmaqla on nəfər də saxlanılıb. Çevrilişdə iştirak edən Fatih Kılınç isə ölü olaraq ələ keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB