DSX-da məzunlarının təntənəli buraxı­lış mərasimi keçi­rilib FOTOLAR

DSX-da məzunlarının təntənəli buraxı­lış mərasimi keçi­rilib FOTOLAR

Dövlət Sərhəd Xidmətinin Akademiyasında vətən­pər­vər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüv­vələrin Ali Baş Koman­danına sadiq, savadı və intizamı ilə se­çilən zabitlərin hazırlanması, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pe­daqoji potensial və maddi-texniki baza formalaşdırılıb.

Son illər ərzində DSX Akademiyası təkcə Azərbaycan sər­həd­lərinin deyil, həm də xa­ri­ci döv­lət­lərin ölkə hüdudlarının müha­fizəsi üçün ixtisaslı mütə­xəs­­sislər hazırlayan beynəlxalq tədris mərkə­zinə çevrilir. Hazırda bir sıra döv­lətləri­n sərhəd mühafizə qurumları tərəfin­dən öz hərbi qulluq­çu­larının DSX Akademiyasın­da təhsil alma­larına şərait yara­dıl­ması barədə müraciətlər olunub və bu istiqamətdə kompleks tədbir­lər planı həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, bu gün Dövlət Sərhəd Xid­məti Akade­miyasının növbəti məzunlarının təntənəli buraxı­lış mərasimi keçi­rilib. Ənə­nəvi olaraq möhtəşəm və əzəmətli Dövlət Bayrağı Mey­da­nında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmə­tinin koman­dan­lığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qul­luqçuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Ko­man­danı ge­neral-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamış, tövsiyə və tapşırıqlarını vermiş, Azərbaycanın hər bir sərhədçisi kimi gənc zabitlərin də dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi na­minə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını həmişə uca tutacaqlarına əminliyini bildirib.

Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin Azər­baycan Sərhəd Müha­fizəsinə ali diqqəti sayəsində əldə olun­muş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev sərhədçilərin əsas hədəfinin ölkə sərhədlərinin tam şəkildə mühafi­zə altına götürülməsi olduğunu vurğulamış, dövlət bayrağımızın qı­sa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dal­ğa­­lanacağını diqqətə çatdırıb.

Bu il akademiyanı bitirən 151 gənc zabitə diplomlar təqdim olunmuş, gənc za­bit­lər "Sərhədçi andı"nı qəbul ediblər. Tədbirin sonunda zabit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçiblər.

Mərasimdən sonra gənc zabitlər Dahi Öndər Heydər Əli­yevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə