Türkiyədə çevrilişə cəhd oldu ŞOK

Türkiyədə çevrilişə cəhd oldu ŞOK

Türkiyədə İstanbul və Ankara şəhərlərinə qoşunlar və zirehli texnikalar küçələrə çıxarılıb. Ankarada hətta qırıcılar aşağıdan uçuşlar həyata keçiriblər. Paytaxtda atışma səsləri eşidilib. Havaya qaldırılan helikopterlər binalardan birini atəşə tutub. Reuters agentliyi xəbər verir ki, Türkiyənin Baş naziri Binali Yıldırım dövlət çevrilişinə cəhd oduğunu bəyan edib.

Türkiyə Baş naziri Binəli Yıldırım Ankara və İstanbuldakı fövqəladə vəziyyətlə bağlı açıqlama verib. Məlumata görə, baş nazir deyib ki, hərbçilər arasında çevrilişə cəhd olub.

Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bir qrup hərbçi tərəfindən girov götürülüb. Qərargah rəisi ilə birlikdə bir neçə general da girov götürülüb.

Bəzi kütləvi informasiya vasitələri xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da girov götürülüb. Lakin Reuters xəbər verir ki, Ərdoğan təhlükəsiz yerdədir, girov götürülməsi yalan xəbərdir.

TRT-nin efirində dövlət çevrilişinin baş tutduğu barədə bəyanat oxunub. Bəyanatda qeyd olunub ki, dövlətin itirilən etibarının yenidən qazanılması üçün rəhbərliyə əl qoyulub.

Baş Qərargah rəisi Hülusi Akar yeni hökumətin başçısı olub.

Hərbçilər Ankarada alqışlarla qarşılanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNNTürk telekanalında telefon vasitəsilə açıqlamalar verib.

Ərdoğan deyib ki, o Türkiyə Respublikasının prezidentidir və o, xalqa müraciət edərək, küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib.

O bildirib ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq."Mən hazırda ölkəmin Ali Baş Komandanı olaraq bunu çox açıq şəkildə deyirəm, qurucusu olduğum partiyanın bütün üzvlərini, milli iradəsi olan cümhurun özünü, xüsusilə şəhərlərdə insanları meydanlara çağırıram. Bu çevrilişi edənlərə layiqli dərsi verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə