Nazir cənub zonasının sakinləri ilə görüşəcək

Nazir cənub zonasının sakinləri ilə görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov iyul ayının 21-də Lerik rayonunda Lerik, Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Astara rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) və Nazirliyin Lerik Rayon İdarəsinə (050-677-51-25) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə