Ən çox korrupsiya faktı aşkarlanan qurumların ADLARI

Ən çox korrupsiya faktı aşkarlanan qurumların ADLARI

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb. SİA-nın xəbərinə görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarısı ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu il məhkəməyə göndərilən 100 işdən ən çoxu bank sektoru ilə bağlı olub: "Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib. Digər cinayət işlərinin 16-sı özəl sekor, 13-ü tikinti sektoru, 11-i ticarət, 8-i yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə bağlı olub. Məhkəmələrə göndərilən cinayət işlərinin 5-i bələdiyyələr, 4-ü səhiyyə, 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 3-ü təhsil, 3-ü azərenerji, 3-ü nəqliyyat, 1-i daxili işlər orqanları ilə bağlı olub".

Bütün xəbərlər Facebook səhifəmizdə