Komitə sədri Oğuzda vətəndaş qəbulu keçiriləcək

Komitə sədri Oğuzda vətəndaş qəbulu keçiriləcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 18 iyul 2016-cı il tarixində Oğuz rayonunda vətəndaş qəbulu keçiriləcək. Qəbulda Oğuz, Şəki, Qax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Oğuz rayonunda yerləşən Milli Olimpiya Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi: (02420) 5 28 68, (02421) 5 37 16

Bütün xəbərlər Facebook səhifəmizdə