Neft bahalaşıb

Dünya bazarında neftin qiyməti bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58 dollar artaraq 45,33 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar artaraq 46,80 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 1.40 dollar bahalaşaraq 48.64 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə