Xəzər dənizində 3,3 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 22:23-də Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın ocağı 30 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB