"Azərcell" abunəçilərinin hüquqlarını pozur

Musa Quliyev: "Mobil operatorların qanunazidd fəaliyyətinə görə məsuliyyəti Rabitə və Yüksək Texnologiyaları Nazirliyi daşıyır"
"Azərcell" abunəçilərinin hüquqlarını pozur

Ötən saylarımızda qeyd etdiyimiz kimi, Azərbaycanda rabitə bazarının əsas operatorlarından olan "Azərcell" MMC-nin abunəçilərini kütləvi şəkildə aldatması ciddi narazılıqların yaranmasına gətirib çıxarır. Şirkətin narazılıqlara cavab verməməsi və ya üzə çıxan problemlərin həllinə cəhd göstərməməsinə özbaşınalıqdan başqa ad vermək mümkün deyil.

"Azərcell" MMC inhisarçılığa, monopoliyaya yol verməklə yanaşı, abunəçilərinin hüquqlarını kobud şəkildə pozması faktlarla öz təsdiqini tapmaqdadır. Redaksiyamıza ünvanladığı şikayət məktubunda Ceyhun Eyyubov ((051) 723-09-23) bildirir ki, ona 5353-dən istəmədiyi halda şirnikləndirici SMS-lər göndərirlər: "Səhvən həmin SMS-ləri qəbul etsəm, dərhal kontur tutulur. Buna etiraz edirəm. Dəfələrlə şikayətimi "Azərcell"ə telefon zəngi vasitəsilə də çatdırmışam. Amma müxtəlif bəhanələrlə məni başlarından ediblər".

C.Eyyubovun sözlərinə görə, bir ay ərzində ən azı 7-8 manat ondan "Azərcell" tərəfindən pul çıxılır ki, bu da onun maddi durumuna zərər verir.

Digər şikayətçi Rövşən Rəsulov (050 733-91-61) 7027-dən təhrikedici mesajlardan bezdiyini qeyd edir. Onu da bildirir ki, gün ərzində xoşlamadığı şou əhlinin və ya müxtəlif müğənnilərin klipləri barədə ona SMS-lər göndərilir ki, bu da onda mənfi aura yaradır.

R.Rəsulov məsələ ilə bağlı etirazını "Azərcell" əməkdaşlarına çatdırsa da, heç bir tədbir görülmədiyini qeyd edir.

"Azərcell"ə lisenziyanı Rabitə və Rüksək texnalogiyalar nazirliyi verir

Bir sözlə, "Azərcell" açıq şəkildə abunəçilərinin hüquqlarını pozmaq yolunu tutub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özbaşınalığa yol verən operatora qarşı cəza tədbirləri görməyə tələsməməsi qanunazidd fəaliyyətin daha geniş şəkildə qurulmasına gətirib çıxarıb. Millət vəkili Musa Quliyev də o fikirdədir ki, abunəçilərin hüquqlarını pozan operatorlara qarşı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tədbirlər görməlidir: "Mobil operatorlara lisenziyanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi verir. Ona görə də məsuliyyəti nazirlik daşıyır".

M.Quliyev "Azərcell" abunəçisi olduğunu və ona da dəfələrlə arzu etmədiyi mesajların gəldiyini və konturlar silindiyini bildirdi. Qeyd etdi ki, vaxt itirmək istəmədiyindən baş verən xoşagəlməz olayla bağlı araşdırma aparmaq istəməyib: "Qanuna görə kiminsə razılığı olmadan ona mesaj göndərilə bilməz. Reklam xarakterli məlumatlar və ya bunabənzər informasiyalarla insanlarla məşğul etmək olmaz. Bütün bunlar qanunla tənzimlənir. Mobil operatorlar öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qormalıdırlar".

"Azərcell"in qaranlıq əməlləri üzə çıxır

Şikayətçi abunəçilər "Azərcell" də flərin həddindən artıq baha olmasından da gileylidirlər. Gülverdi Həsənovun sözlərinə görə, bir operatordan digər operatorla danışıq zamanı qiymət 14 qəpik olsa da, sonda ondan dəfələrlə artıq pul çıxılır: "Deyirlər ki, "Azərcell"də danışıq 7 qəpikdir. Amma eyni nömrə daşıyıcısı olan dost, tanışımla telefon danışığımız zamanı məndən 1 dəqiqəsi az qala 10-12 qəpik pul çıxılıb. Şikayət ediləsi, dərdimizi deyiləsi yer də yoxdur. "Azərcell"ə şikayət etməyə dəyməz. Çünki, onlar özlərinin uydurduqları məlumatlarla məni başlarından ediblər".

Qısası, "Azərcell"in əsas fəaliyyəti qanunvericiliyin tələblərinə zidd yol tutmaqdır. "Reklam haqqında". "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Antiinhisraçılıq haqqında" qanunları pozmaq ""Azərcell" üçün adi hala çevrilib. Bu azmış kimi şirkətin Azərbaycana dost-qardaş ölkə olan Türkiyəyə qarşı qeyri-etik davranışı da narazılıq yaradan məqamlardandır. Daha doğrusu, "Azərcell" MMC Türkiyədə ardıcıl terror aktları törədən PPK ilə müəyyən əməkdaşlıq əlaqələrinə malikdir. Hətta yayılan informasiyalara görə, "Azərcell" PPK-nın müəyyən qoluna maliyyə yardımı da göstərir. Bu isə bağışlanması mümkün olmayan qanun pozuntusudur. Bu cür qanun pozuntularına isə Azərbaycanın hüquq-mühafizə orqanları seyrçi qalmamalıdır.

İ.ƏLİYEV

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə