Nəsimi rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında irəli gələn vəzifələr rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş toplantısında ətraflı müzakirə olundu və ilin II yarısında qarşıda duran mühüm vəzifələr müəyyənləşdirildi.
İclası giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin iclasında dövlət başçısının çıxışı, icra orqanlarının qarşısında qoyduğu yeni vəzifələr barədə ətraflı məlumat verdi: "İlin əvvəlindən Nəsimi rayonunun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər informasiya və rabitə, tikinti, ticarət və xidmət sahələri üzrə daha dinamik olmuşdur. Hesabat dövründə rayon üzrə 247000 manatlıq sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri 51200 manatlıq, rabitə müəssisələri isə 29000 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox xidmət göstərmişdir".
Rayon rəhbəri Nəsimi rayonunda geniş abadlıq-quruculuq işlərinin aparıldığını, "Multikulturalizm ili" ilə bağlı silsilə tədbirlərin təşkil olunduğunu, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə və ,"may ayının 5-də isə ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş təntənəli ümumrayon anım mərasimlərinin keçirdiyini bildirib. Cəbhə xəttindəki hərbi hissələrlə sıx əməkdaşlıqların ənənəvi olaraq davam etdirildiyini deyən A.Əsgərov 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və incəsənət ustaları Müdafiə Nazirliyinin Goranboy rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünü təşkil ediblər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB