Gənclər təşkilatının Şəmkir nümayəndəliyi yaradıldı FOTOLAR

Gənclər təşkilatının Şəmkir nümayəndəliyi yaradıldı FOTOLAR

Gənclər üçün Təhsil Mərkəzinin Şəmkirdə nümayəndəliyinin yaradılması ilə bağlı toplantı keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, toplantını giriş sözü ilə açan Mərkəzin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə 2016-cı ildə Azərbaycanın Gənclər Paytaxtı seçilmiş Şəmkir rayonunda fəaliyyətə başladıqlarını elan edib. O bildirib ki, Şəmkir rayonunda bir sıra maraqlı layihələrin həyata keçirilməsi, gənclərin müxtəlif sahələrdə maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlərin təşkili planlaşdırılır. Bu baxımdan nümayəndəliyin yaradılması və fəaliyyəti zəruridir.

Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Zülfiyyə Əhmədova və digərlər çıxış edərək, gənclərlə iş sahəsində görülən işlər barədə məlumat vermiş, Mərkəzin rayonda fəaliyyət göstərəcəyini yüksək qiymətləndiriblər.

Daha sonra Şəmkir gəncləri üçün Mərkəz haqqında geniş təqdimat keçirilmiş, maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda Şəmkir rayonunda olan fəal gənc Aydın Budaqov Mərkəzin Şəmkir rayonundakı nümayəndəsi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə