106 yaşayış məntəqəsinə qaz verilib

106 yaşayış məntəqəsinə qaz verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-iyun ayları ərzində 6636 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 189 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Kürdəmir, Ağsu, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Ağacabədi, Şabran, Zərdab, Sabirabad, Salyan, Neftçala, Cəlilabad, Tovuz, Qəbələ, Qusar, Qax, Şəki, Göyçay, Quba, Tərtər, Şəmkir, Goranboy, Oğuz, Gədəbəy, Ucar, Samux, Yevlax, İmişli və Masallı rayonları üzrə 106 yaşayış məntəqəsi qazlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə