Yeni doğulan körpələrə qoyulan ADLAR

Yeni doğulan körpələrə qoyulan ADLAR

Ədliyyə Nazirliyi bu ilin 6 ayı ərzində doğulan uşaqlara ən çox verilən adların siyahısını açıqlayıb. SİA-nın xəbərinə görə, nazirlikdən verilən məlumatda bildirilir ki, doğulan oğlan uşaqlarından 1 436-na Yusif, qızlardan 1 254-nə Zəhra adı qoyulub.

Bu il doğulan körpələrə qoyulan adlar arasında sonrakı yerlərdə Nuray (1007), Hüseyn (1022), Fatimə (820), Əli (974), Zeynəb (781), Aylin (735), Ayan (608), Ömər (769) və Məhəmməd (603) adları gəlir.

Həmçinin, bu il doğulan körpələrdən 478-nə Səma (son beş ildə 3 812), 294-nə Yağmur (son beş ildə 3 836), 106-na Günəş (son beş ildə 634), 20-nə Rüzgar (son beş ildə 211), 29-na Heydər (son beş ildə 365), 62-nə Əbülfəz (582), 2-nə Məhəmmədəmin (son beş ildə 17), 3-nə Bulud (son beş ildə 32), 1-nə Dağlar (son beş ildə 20) və s. adları verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə