Bu gün Naftalan Şəhər Xəstəxanasında Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının təşəbbüsü ilə talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.
Aksiyaya idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də şəhər sakinləri qoşulublar.
Səhər saatlarından başlanan aksiyada donorların sağlamlıq vəziyyəti yoxlanılıb, 60 nəfərdən qan nümunəsi götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB