Azəri Gənclər Alyansı İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Erkən nikahlara-yox!" mövzusunda layihəsi uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində, iyul ayının 8-i Salyan rayonunda valideyn- qadınlarla ictimai dinləmələr, növbəti gün isə ekspertlər tərəfindən yeniyetmə qızlara interatiktiv üsullarla təlim keçirilmiş və daha sonra iştirakçılarla ətraflı müzakirələr aparılmışdı.
Statistikaya görə, erkən nikahlara ən çox məruz qalan regionlardan biri olan Salyan rayonunda həyata keçirilən ictimai dinləmə və təlim zamanı Azəri Gənclər Alyansının sədri L.Məmmədli "Erkən nikahlara-yox!" adlı layihəni açıq elan etdikdən sonra yeniyetmə və qadınlara dünyada geniş yayılmış erkən nikahlar haqqında məlumat verdi və bu problemin həlli yolunun məhz yaxşı təhsil alaraq və gələcəyin layiqli vətəndaşları olmaqdan ibarət olduğunu bildirdi. Daha sonra isə ekspertlər tərəfindən təlimlərin gedişində yeniyetmə gənclərlə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, tövsiyyələr verildi və interaktiv üsullarla mövzu ilə bağlı oyunlar həyata keçirildi. Tədbirin sonunda iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanıldı.
Qeyd edək ki, layihə çərçivəsində cari ilin avqust ayınadək Lənkəran, Lerik rayonlarında da gənc və qadınlara təlim və ictimai dinləmələr keçirilib, daha sonra isə sosial çarx hazırlanıb sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaqdır. Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu rayonların kəndlərində 11-15 yaşlı qızların və qızları zorla ərə verməyə çalışan valideynləri erkən nikah qurmaqdan çəkindirmək, Azərbaycanda erkən nikah probleminin azalmasına nail olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB