Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5 -21 avqust tarixlərində Braziliyanın Rio De Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına dəstək xarakterli "Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası" çərçivəsində paralimpiya çempionu İlham Zəkiyev, 2011-ci il Avroviziya mahnı müsabiqəsinin qalibi, AGAT-ın sülh səfiri Eldar Qasımovla görüş keçirib. SİA-nın məlumatına görə, görüşün əsas hədəfi idmançılarımıza dəstək istiqamətində müxtəlif aksiyalar, idmançılarla silsilə görüşlər və digər mədəni-kütləvi tədbirlər vasitəsilə insanların marağını Yay Olimpiya Oyunlarına cəlb etməkdir.
AGAT sədri Nərgiz Xələf hər bir gəncə Azərbaycanın bayrağını yüksəltməyi arzu edib. Sonra azarkeşlər öz sahəsində uğur qazanmış Azərbaycan bayrağını yüksəltmiş İlham Zəkiyev və Eldar Qasımovun uğur hekayələrinə qulaq asdılar və görüş bir növ motovasiya xarakterli həyata keçdi.
İkiqat paralimpiaçımız İlham Zəkiyev idman sahəsinə gəlişindən, qazandığı uğurların sirlərindən danışıb və gənclərə öz sevdikləri sahə üzrə çalışmalarını arzulayıb. İ. Zəkiyev həmçinin 2016 Yay Olimpiya Oyunlarına hazırlıqlar barədə ən son məlumatları gənclərlə bölüşüb. 2011 Avroviziya mahnı yarışmasının qalibi olmuş Eldar Qasımov da öz nöbəsində AGAT-ın sülh səfiri olmasının onun üçün önəmli bir məqam olmasından söz açdı və Azərbaycan bayrağı altında ölkəmizi təmsil edən bütün gəncləri xalq olaraq dəstəkləməyin vacib olduğunu qeyd edib. Daha sonra məşhurlar gənc azarkeşlərin suallarını cavablandırıblar.
Sonda AGAT heyəti "Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası" çərçivəsində görüləcək işlərin siyasıhısı ilə gənc könüllüləri məlumatlandırıb.
Kampaniya ilə bağlı AGAT-ın email ünvanına daxil olan 335 nəfər könüllü müraciətindən 110 nəfər könüllü seçim turunu keçib. Hazırda "facebook" sosial şəbəkəsində "Rio 2016 Yay Oyunlarına Dəstək Kampaniyası"nın səhifəsi fəaliyyət göstərir. Səhifədə gündəlik olaraq Rio 2016 Olimpiya Oyunlarına dair yeni xəbərlər paylaşılır və kampaniya çərçivəsində həyata keçiriləcək bütün fəaliyyətlər barədə məlumatlar yerləşdirilir. Həmçinin "Rio 2016 Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarla gənc azarkeşlərin canlı ünsiyyətinin təşkil edilməsi, velotur, fləşmob və digər kütləvi əyləncələr vasitəsilə əhalinin müxtəlif qrupları arasında idman əhval-ruhiyyəsinin yaradılması, daha geniş auditoriyanı əhatə etmək üçün layihənin video çarxının hazırlanması və onun sosial şəbəkələrdə yayılması da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB