Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. SİA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi səhər və gündüz güclənəcək. Havanın temperaturu gecə 20-23, gündüz 24-27, Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB