Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti cənab Saxiaqiyn Elbeqdorja təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Monqolustan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB