Marixuana çəkmək ağır xəstəliklərə səbəb olur. ABŞ-ın Kaliforniya Universitetindən olan mütəxəssislər bu haqda "Cancer" jurnalında məlumat veriblər. Belə ki, onlar marixuana çəkməklə müalicəyə tabe olmayan yumurtalıq xərçəngi arasında sıx əlaqənin olduğunu müşahidə ediblər.
Kanserogen effekt nəinki davamlı istifadə zamanı, həmçinin maraq naminə bir və ya bir neçə dəfə dadına baxarkən də formalaşır. 15-45 yaş arası əhali arasında daha intensiv şəkildə yayılan xəstəlik nəticə etibarilə müalicəyə çətin tabe olan və ümumiyyətlə olmayan şəkildə keçirilir və pis mühitin nəticəsidir. 192 xəstə və 292 sağlam şəxsi sorğudan keçirən mütəxəssislər belə nəticəyə gəlib ki, marixuanadan istifadə etmək xərçəngə tutulma prosesini iki dəfəyə qədər sürətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB