Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə test imtahanının nəticələrində tətbiq ediləcək keçid balını açıqlayıb. Yeniliyə əsasən keçid balı düzgün cavabların sayının bütün sualların sayına nisbətdə faiz göstəricisi ilə müəyyənləşdirilir. Test imtahanlarının nəticələrinə əsasən, keçid balının aşağı həddi həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə qəbul üçün 60%, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə qəbul üçün isə 80% nəzərdə tutulub.
İmtahanda namizədlərə 60 sual təqdim edilir. Yəni həvəsləndirmə tədbirlərinin tətbiq edilmədiyi paytaxt və rayon mərkəzlərində yerləşən ümumtəhsil məktəblərinə qəbul olmaq üçün 48 suala düzgün cavab vermək lazımdır. Ucqar yerlərdə yerləşən və həvəsləndirmə tədbirlərini nəzərdə tutan məktəblərə qəbul olmaq üçün isə 36 suala düzgün cavab yazmaq lazımdır.
Ekspertlər bu güzəşti qənaətbəxş hesab etmirlər.
Əjdər Ağayevin sözlərinə görə, keçid ballarının yeni qayda ilə müəyyən edilməsi şagirdlərin bilik səviyyəsinin regionlar üzrə bölgüsündə tazadlara səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB