Moskvada Rusiya Dövlət Dumasının binasında içərisində kimyəvi qarışıq olan balon partlayıb. "Interfax"ın verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Tibbi xidmətdə olan mənbə bildirib ki, həmin şəxs Dövlət Dumasının işçisidir. Hazırda hadisə yerinə 5 yanğınsöndürən maşını cəlb olunub.
Hadisə barədə hələlik rəsmi məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB