İsrailin baş naziri Azərbaycana gələcək

Netanyahunun səfəri qış aylarında baş tuta bilər
İsrailin baş naziri Azərbaycana gələcək

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri gözlənilir. Bu barədə "The Times of İsrael" nəşri yazır. Mənbənin məlumatına görə, baş nazir bu barədə Afrikanın dörd ölkəsinə turnesi zamanı deyib. Benyamin Netanyahunun sözlərinə görə, bu ilin qış fəslində onun Qazaxıstana və ola bilsin Azərbaycana səfəri baş tutsun. Baş nazir səfərin dəqiq vaxtını açıqlamayıb.
İsrail parlamenti erməniləri saymadı

Onun sözlərinə görə, İsrail Fələstin məsələsində mövqelərini möhkəmləndirmək və diplomatik əlaqələrini genişləndirmək üçün yeni alyanslar qurur. "Azərbaycan uzun müddət İsraillə isti münasibətləri olan dünyəvi dövlətdir. Onun 10 milyon əhalisinin təxminən 98 faizi müsəlmandır"- deyə, Netanyahu bildirib.

Bundan öncə də o ölkəmizə səfər etmək barədə planı olduğunu açıqlamışdı. Belə ki, Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib və təbrik məktubunda bu barədə qeyd edib. "Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik".

2009-cu ildə ilk İsrail dövlət başçısı olaraq Şimon Peres həm Qazaxıstana, həm də Azərbaycana səfər edib.

Elə bundan sonra İsrail və digər iki ölkələr arasında diplomatik əlaqələr qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə