AZAL-dan sərnişinlərinə Ramazan jesti

AZAL-dan sərnişinlərinə Ramazan jesti

AZAL Miles bonus proqramı çərçivəsində "Azərbaycan Hava Yolları"nın (AZAL) reyslərində sərnişinlərə Ramazan bayramı müddətində (6 və 7 iyul) ikiqatsəyahət və status balları təqdim olunacaq. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla yanaşı, aşağıdakı istiqamətlər üzrə oktyabrın 15-dək olan uçuşlara biznes sinif aviabilet alan AZAL Miles proqramı iştirakçıları 50 faiz daha çox status və səyahət balları qazana biləcəklər:

Moskva

İstanbul

Kiyev

Minsk

Sankt-Peterburq

Milan

Paris

Pekin

Praqa

Dubay

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat ilə aşağıdakı linkdə tanış olmaq olar: https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Bundan əlavə, Moskva, Kiyev, Minsk, Sankt-Peterburq, Paris və Milan kimi şəhərlərə sentyabrın 12-dən dekabrın 10-dək olan uçuş tarixlərinə sentyabrın 15-dək biznes sinif aviabilet alan sərnişinlər güzəşli tariflərdən yararlana bilərlər.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80; *8880.

E-mail: [email protected]

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə