"ASAN Xidmət"də 2 gün iş olmayacaq

"ASAN Xidmət"də 2 gün iş olmayacaq

6–7 iyul Ramazan bayramı ilə əlaqədar "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən SİA-ya verilən xəbərə görə, 8 iyul tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə