Gənclər hərbi xidmətə yola salınıb FOTOLAR

Gənclər hərbi xidmətə yola salınıb FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına əsasən, Ağcabədi rayonunda gənclərin növbəti hərbi xidmətə yola salınmasına həsr olunmuş mərasim keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsində keçirilən təntənəli mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, habelə hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Yalçın Sadıqlı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin rayon filialının sədri İsmayıl Məhərrəmov və valideynlər çıxış edərək, gəncləri hərbi xıdmətə yola düşmələri münasibətilə təbrik ediblər. Çıxış edənlər sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən söhbət açıb, gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Çağırışçılar hərbi xidmətə yollanmaqdan qürur duyduqlarını, Vətənə layiqincə xidmət edəcəklərini, Ali Baş Komandan İlham Əliyevin əmrlərinə daim müntəzir olacaqlarını bildiriblər.

Konsert proqramından sonra çağırışçı gənclər üçrəngli bayrağımızın və müqəddəs Quranın altından keçərək hərbi xidmətə yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə