SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. SİA-nın SOCAR-ın saytına istinasdən verdiyi xəbərə görə, görülən işlərin nəticəsidir ki, birlik bu ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 193 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Qeyd edək ki, həmin binalarda ümumilikdə 7214 ailə yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB