Azərbaycan gəncləri Koreya səfərində

Azərbaycan gəncləri Koreya səfərində

Azərbaycan və Koreya arasında olan beynəlxalq gənclər mübadiləsi "Youth Exchange" proqramı çərçivəsində cari ilin 30 iyun-10 iyul tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı gənclərdən ibarət nümayəndə heyətinin Koreyaya səfəri davam edir. SİA-nın məlumatına görə, səfərin nümayəndə heyətinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru Şəmsi Gülverdiyev ve feallari da daxildir. Xatırladaq ki, bu sayca dördüncü gənclər mübadiləsidir.

Səfər çərçivəsində azərbaycanlı tələbə - gənclər Koreyanın paytaxtı Seul və Dyecon, Pyentok şəhərlərində olublar, ölkənin müxtəlif tarixi və mədəni abidələri, muzeylərinə səfər ediblər.

Qeyd edək ki, nümayəndə heyəti səfərləri çərçivəsində Koreyanın dövlət rəsmiləri və gənclər təşkilatları ilə görüşərək, iki ölkə arasında gənclər siyasətini və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə