Altı ayda 528 minə yaxın avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Altı ayda 528 minə yaxın avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

2016-cı ilin yanvar-iyun ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 527 min 894 sığorta müqaviləsi bağlanılıb.

Müqavilələr üzrə sığorta haqları 42,3 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 11 faiz, sığorta haqlarının məbləğində isə 16 faiz artım müşahidə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə